"Qəzzada mülki əhalinin itkiləri bundan əvvəlki bütün münaqişələrdən qat-qat çoxdur".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Quterreş deyib.

O, Qəzzada oktyabrın 7-dən başlayan döyüşlərdə həddən çox mülki insanın həlak olduğunu və bunun dəhşət doğurduğunu bildirib: "Hər iki tərəf mülki insanlara qarşı davaranışa xüsusi diqqiət etməlidir".

Baş katib bölgəyə təcili humanitar yardımların vacibliyini qabardıb və bunun üçün atəşkəsə çağırışını yeniləyib.

Lamiyə Əhmədli

MİA.AZ