Bu gün Prezident Rəcəb Tayyib Ərdoğan Sultan II Abdülhəmid xanın məqbərəsini ziyarət edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Milli Türk Tələbə Birliyi 62-ci Baş Assambleyasının ardından Sultan II Abdülhəmid xanın məqbərəsini ziyarət edən Ərdoğan burada vətəndaşlarla söhbət edib.

Onu da qeyd edək ki, Ərdoğanı Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, gənclər və idman naziri Osman Aşkın Bak, Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasının sədri və AK Partiya Kayseri millət vəkili Hulusi Akar müşayiət ediblər. 

Lamiyə 

MİA.AZ