Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, bunlar Azərbaycanın Dubaydakı keçmiş vitse-konsulu, hazırda isə Qafqaz xalqlarının Ukrayna konqresinin rəhbəri Paşa İlisuyskiy (Məmmədov), tanınmış hüquqşünas Aqiyə Axundovadır.
Qeyd edək ki, məşhur jurnalist Rəna Nəzərova Ukraynada milli-demokratik qüvvələrin hakimiyyətə gəlməsindən sonra dövlət orqanlarında vacib posta seçilməsi barədə ötən gün məlumat vermişdik.
Paşa İlisuyskiy (Məmmədov) Ukrayna Xarici İşlər Nazirliyi Radasında yer alıb. Ukraynanın xarici siyasətinin müəyyənləşdirən məşvərətçi orqan olan Xarici İşlər Nazirliyi Radası eyni zamanda səfirlərin təyinatı zamanı təqdimat funksiyasını yerinə yetirir. Paşa Məmmədov Ukrayna XİN Radasında təmsil olunan yeganə azərbaycanlıdır.
O, əvvəllər Qax rayonunun keçmiş icra başçısı, hazırda isə Azərbaycanda Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi olan Xəyyam Məmmədovun oğludur.
Ukraynanın tanınmış jurnalisti Rəna Nəzərova isə 25 may seçkilərində Kiyev şəhər Radasına üzv seçilib. O, Vitali Kliçkonun "Udar” partiyasından seçilib və yerli hakimiyyət orqanında təmsil olunan yeganə azərbaycanlı qadındır.
Bundan başqa, tanınmış hüquqşünas, "Maydan” hərəkatı iştirakçılarının hüquqlarını fəal müdafiə edən Aqiyə Axundova Ukrayna Nazirlər Kabinetinin qərarı ilə Dövlət İcraçıları Xidmətinin rəisinin birinci müavini təyin edilib.