“Bizə olan müraciətlərin əksəriyyətində bir gözlənti var ki, 2024-cü ilin büdcəsindən maaşlar, pensiyalar nə qədər artacaq və bu istiqamətdə hansı addımların atılır?”
Mia.az Modern.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədr müavini Əli Məsimli bildirib.
“Burada deməli, sosial bloka ayrılan vəsait hardasa 7 faiz artır. Əgər bunu biz bilavasitə inflyasiya göstəricisinə uyğunlaşdırsaq, gələn il üçün artımdan söhbət getmir. Kompensasiyadan söhbət gedir ki, inflyasiya nəticələrinə uyğunlaşdırılır. Amma büdcədə biz rast gəlmədik ki, minimum əmək haqqı artacaq”,- deyə deputat bildirib.