Türkiyənin Mersin şəhərində terror təşkilatı İŞİD üzvü həbs edilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Mersin Respublika Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Jandarma Komandanlığının əməliyyatı ilə İŞİD-ə yardım toplayan şəxs saxlanılıb.
Adı gizli saxlanılan həminn şəxsin məhkəməyə çıxarılaraq barəsində həbs qərarı verildiyi bildirilib: "Hazırda onun ətrafında əməliyyat istintaq tədbirləri davam edir".
Tahir Şəlvəli
MİA.AZ