İsrail əsgərləri Qəzzada Cenin rayonunda yerləşən İbn Sina xəstəxanasını mühasirəyə alıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti açıqlama yayıb.
Bildirilib ki, onlarla zirehli texnika ilə müxtəlif nöqtələrdən Cenin şəhərinə daxil olan İsrail əsgərləri İbn Sina xəstəxanasını mühasirəyə alıblar: "Onlar xəstəcanada əməliyyata başlayıblar. Fələstin Qızıl Aypara Cəmiyyətinin əməkdaşları qarışıq heç kimə yerlərindən tərpənməyə imkan verməyiblər. Bizim əməkdaşları təxminən bir saat sonra isə buraxıblar".
Şahidlər bildiriblər ki, İsrail qüvvələri xəstəxananı mühasirəyə aldıqdan sonra isə tibbi heyət və işçilərin dərhal xəstəxananı tərk etmələrini tələb edib, lakin bəzi növbətçi həkimlər bu tələbi rədd ediblər.
Onu da qeyd edək ki, İsrail hərbçiəri son günlərdə Qəzzadak xəsrtəxanalara qarşı oxşar əməliyyatlara başlayıblar.
Samir
Mia.az