"Qəzza dünyanın ən böyük həbsxanasından ən böyük qəbiristanlığına çevrildi".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Fələstin xarici işlər naziri Riyad əl-Maliki Ramallahda Yunanıstanın xarici işlər naziri Yorgos İerapetritis ilə görüşdə deyib.
Məlumata görə, görüşdə Fələstin problemi ilə bağlı məsələlər, xüsusilə Qəzzaya humanitar yardımın çatdırılmasının əhəmiyyəti müzakirə edilib.
Maliki yunan həmkarına İsrailin Fələstin xalqına, xüsusilə Qəzza zolağına qarşı hücumları barədə ətraflı məlumat verib.
İsrailin Qəzza zolağında uşaq, qadın və qocaları geniş miqyasda və sistematik şəkildə qətlə yetirdiyini vurğulayan Maliki bildirib ki, şəhərdə insanlar aclığa, məcburi köçə və soyqırıma məruz qalırlar: "Açıq demək gərəkdir ki, Qəzza zolağı dünyanın ən böyük açıq həbsxanasından ən böyük açıq qəbiristanlığına çevrilib".
Yunanıstanın xarici işlər naziri Yerapetritis də bildirib ki, Qəzza zolağında mülki vətəndaşlar hədəfə alınmamalı, girovlar azad edilməli və yaralılar Qəzza xaricindəki xəstəxanalara köçürülməlidir.
Yerapetritis şəhərə humanitar yardımların çatdırılması üçün Qəzzaya dəniz dəhlizinin açılması məsələsinə də mümkün sayıb.
Yerapetritis işğal altındakı İordan çayının qərb sahilində artan gərginlikdən də narahat olduqlarını əlavə edib.
Zülfiyyə
MİA.AZ