Çin Xalq Respublikasında Nanjing şəhərində Nanjing Muzeyinin 90 illik yubileyinə həsr olunmuş “Muzey Direktorlarının II Beynəlxalq Forumu”nda Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova, Fotoneqativ materiallar fondunun müdiri Afət Kərimova iştirak ediblər.
Mia.az xəbər verir ki, nanjing İncəsənət Universiteti, Beynəlxalq Muzeyşünaslıq Məktəbi tərəfindən təşkil olunmuş tədbirdə Z.İsmayılova Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan-Çin tarixi əlaqələrini əks etdirən eksponatlarından danışıb və rəqəmsallaşmanın əsas prioritetlərdən biri olduğunu qeyd edərək, muzeyin yeni texnologiya- iriölçülü ekranlarla (touchscreen) təchiz edilməsi, 3D hologram piramidalar ilə nümayiş olunan sərgiləri haqqında məlumat verib.
A.Kərimova forumun ikinci hissəsi- “Mədəniyyət və muzeylərin rəqəmsallaşdırılması sammiti”ndə “Muzeylər və rəqəmsal texnologiya” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi rəqəmsal texnologiyanın imkanları, muzey sahəsində tətbiqi və effektiv təsirlərindən danışıb.
Sonra muzeylərin gələcək inkişafı ilə bağlı müzakirələr aparılıb. İştirakçılara Nanjing İncəsənət Universitetinin, Beynəlxalq Muzeyşünaslıq Məktəbinin kataloqları hədiyyə olunub.