Livandakı Hizbullah Hərəkatı İsrailin 4 hərbi məntəqəsinə hücum edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Livan mətbuatı yazıb.

Bildirilib ki, İsrailin sərhəddəki Misqav Am, Bayda Blida, Yiftah və Metula hərbi məntəqələrinə "uyğun silahlar"la zərbələr endirilib.

Açqılamada hədəflərin "tam dəqiqliklə" vurulduğu bildirilsə də, İsrailin itkiləri ilə bağlı heç bir məlumat verilmir.

Xatırladaq ki, oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 74 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.

Samir Musayev

MİA.AZ