"Dəhşətlisi Qərb ölkələrinin Qəzzadakı vəhşiliyə tam susmasıdır".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Xarici işlər naziri Hakan Fidan bosniyalı həmkarı ilə keçirdiyi brifinqdə deyib.
O, İsrailin Qəzzadakı hücumlarını sərt şəkildə qınayaraq deyib ki, İsrail üzərində təsir gücünə malik olan Qərb dövlətləri orada yaşanan vəhşilikləri sakitcə seyr edir: "Onlar bu vəhşət qarşısında tamamilə susurlar".
Nazir bildirib ki, İsrail gec-tez bu hərəkətlərinin cavabını mütləq verəcək.
Tahir Şəlvəli
MİA.AZ