"Bu il 1868 terrorçu zərərsizləşdirilib".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Milli müdafiə naziri Yaşar Gülər Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasında nazirliyin 2024-cü il büdcəsi ilə bağlı təqdimatında deyib.
Nazir bildirib ki, 24 iyul 2015-ci il tarixindən bu günə qədər ölkədə, İraq və Suriyanın şimalında ümumilikdə 39 211 terrorçu məhv edilib: "Biz Vətənimizdə hüquq və mənafelərimizi qorumaqda tam qərarlıyıq".
Lamiyə Əhmədli
MİA.AZ