Tuncelinin Pülümür rayonunda ana və bala ayılar yemək tapmaq üçün şəhər mərkəzinə gediblər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ac ayılar gecə saatlarında şəhər mərkəzindəki heyvan kəsimxanasına gələrək orada zibillikdə olan heyvan artıqlarını yeyiblər.

Məlumata görə, ac ayılar rayon mərkəzindəki bir çox məhəllələrdəki toyuq hini və bağçalara girərək qida axtarmağa başlayıblar.

"Artıq bu qorxulu hallar çoxalmağa başlayıb", - deyə şəhər sakinləri yerli mətbuata şikayətləniblər.

Firudin Səfərli

MİA.AZ