Çin İsrailin Qəzzanın cənubundakı Rəfahdakı Birləşmiş Millətlər Təşkilatının (BMT) qonaq evinə hücumunu pisləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekində keçirdiyi gündəlik mətbuat konfransında danışıb.
O, BMT əməkdaşlarına qarşı hücumdan şoka düşdüklərini qeyd edib: "Bu hücum bizi şoka saldı. Biz bunu qətiyyətlə qınayırıq. Hücum zamanı həyatını itirən BMT işçilərinin ailələrinə başsağlığı veririk".
XİN rəsmisi zorakılıqla təhlükəsizliyin təminatı olmayacağını da sözlərinə əlavə edib: "Gücdən istifadə daimi sülh gətirməz".
Mao daha sonra vurğulayıb ki, BMT personalının Qəzzadakı təhlükəsizliyi effektiv şəkildə təmin edilməlidir: "Tərəfləri beynəlxalq hüquq normalarına riayət etməyə və BMT Baş Assambleyasının oktyabrın 27-də qəbul etdiyi qərarı icra etməyə çağırırıq. Savaş dərhal dayandırılmalı və daha böyük humanitar fəlakətin qarşısı alınmalıdır".
Samir Musayev
MİA.AZ