İraq Ali Məhkəməsi tərəfindən mandatı ləğv olunduğu üçün parlament sədrliyindən istefaya göndərilən spiker Məhəmməd Halbusiyə bağlı üç nazir istefa verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Halbusinin lideri olduğu Takaddum Partiyası məlumat yayıb.
Məlumata görə, partiya üzvləri - İraq baş nazirinin müavini və planlaşdırma naziri Məhəmməd Təmim, Sənaye və mədən naziri Halid Bettal, Mədəniyyət, turizm və tarixi abidələr naziri Əhməd Bedran istefa ərizələrini hökumət başçısına təqdim ediblər: "Onlarla yanaşı, partiyaya bağlı 37 millət vəkili də parlamenti boykot qərarına gəlib. Həmçinin, onlar müxtəlif vəzifələrdə çalışdıqları parlament komissiyalarından istefa veriblər".
Məlumatda o da deyilir ki, Mosul, Kərkük, Səlahəddin, Bağdad və Ənbar vilayətlərində baş verən istefalarla bağlı gərginlik hökm sürür.
Firudin Səfərli
MİA.AZ