Çin Cənub-Şərqi Asiya Ölkələri Şəbəkəsinə (ASEAN) üzv olan 5 ölkə ilə antiterror və dənizdə təhlükəsizliyin təminatı ilə bağlı geniş miqyasılı təlimə start verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, "Sülh və Dostluq" adı verilən təlim Quanqdonq əyalətinin Canciang şəhərində başlayıb: "Terrorla mübarizə və dəniz təhlükəsizliyi sahələrində əməliyyat qabiliyyətini artırmaq məqsədi daşıyan təlimdə ASEAN-a üzv olan Malayziya, Tailand, Vyetnam, Kamboca və Laos, eləcə də Çindən 3 mindən çox əsgər iştirak edir. Noyabrın 22-dək davam edəcək təlimlər çərçivəsində dənizdə və quruda birgə komanda altında canlı əməliyyat təlimləri keçiriləcək".
Qeyd edək ki, Çin bu il 5-ci dəfə oxşar hərbi təlim keçirir.
Yeir gəlmişkən, dünən Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayıb.
Bildirilib ki, Cənubi Koreya və ABŞ şimaldan - Çindən və Şimali Koreyadan gözlənilən təhdidlərə qarşı birgə dördgünlük hərbi təlim keçirir: "Təlimə hər iki ölkənin müxtəlif savaş gəmiləri ilə yanaşı, Cənubi Koreyanın sualtı qayıqlara qarşı P-3 tipli döyüş təyyarəsi, F-15K və FA-50 döyüş təyyarələri ilə ABŞ-ın A-10 tipli hücum təyyarələri də təlimə cəlb olunublar. Təlimdə düşmən sualtı qayıqlarının axtarışı və məhv edilməsi və digər şərti hədəflər üzərində sınaqlar keçirilir".
Lamiyə Əhmədli
MİA.AZ