Azərbaycan və Özbəkistan arasında sənaye sahəsində tərəfdaşlığın təşviqi müzakirə edilib.
Mia.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında paylaşım edib: "Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ilə ölkələrimizin iqtisadi əməkdaşlığının gündəliyindəki məsələləri nəzərdən keçirdik.
Görüşdə ticarət dövriyyəsinin davamlı artımının dəstəklənməsini, Özbəkistanla ticarət-iqtisadi və investisiya üzrə əməkdaşlığa dair Yol Xəritəsinin icrasını, birgə istehsalın, sənayedə tərəfdaşlığın təşviqini müzakirə etdik".