Türkiyənin qadınlardan ibarət voleybol yığmasının ulduzu Melissa Varqas Çinin "Tianjin Bohai Bank" komandasına transferindən peşman olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, millinin üzvü Melissa Varqasın da aralarında olduğu "Tianjin Bohai Bank" komandasının paltardəyişmə otağındakı görüntü sürətlə sosial mediada və dünyanın aparıcı media orqanlarında yayılıb.

Görüntülərdən aydın olur ki, Çin klubunda voleybolçulara həddən artıq mənfi münasibət var. Onların zirzəmiyə oxşar məkandakı paltardəyişmə otağındakı vəziyyət isə durumun daha ağır olduğunu göstərir.

Türkiyə mətbuatı görüntülərdə kefsiz olduğu aydın sezilən Melissa Varqasın orada rahat olmadığını yazıb.

Bildirilib ki, Varqas Türkiyənin “Fənərbaxça” klubundan ayrılmasına çox peşman olub.

Fərid

MİA.AZ