"Beşiktaş"ın ulduz futbolçusu Vincent Abubakarın şəxsi məşqçisi Səlim Dəmirəl Burak Yılmaza gözlənilməz mesaj verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "İnstaqram" hesabında paylaşım edən Dəmirəl onun kamerunlu oyunçu barədə ittihamlaırnı yanlış sayıb: "Yaxşı oyunçu olmaq sənin yaxşı məşqçi olduğun demək deyil".

O, daha sonra burak Yılmazı "Beşiktaş"a hörmətsizlkdə günahlandırıb: "Beşiktaş"ın heç bir təcrübən olmadığı halda sənə verdiyi fürsətə böyük hörmətsizlik etdin...".

Qeyd edək ki, Burak Yılmaz "Milliyet" qəzetinə müsahibəsində hücumçu Aboubakarın son günlər xəstəlik və zədə səbəbindən buraxdığı matçlardan danışıb: "Kamerunlu hücumçumuz 4 ay sonrakı maaşını klubdan istəyib. O, bu pulun qabaqcadan ona ödənilməsini tələb edib. Lakin istəyi rədd olunandan sonra tez-tez zədə və xəstəliyi ortaya çıxdı. Bu barədə deyilənlərin izahını "Beşiktaş" idarəçilərinin öhdəsinə buraxıram".

Onu da qeyd edək ki, "Beşiktaş" klubu da bu iddiaını təkzib eidb.

Fərid

MİA.AZ