“2024-cü ilin dövlət büdcəsi post-müharibə dövrünün büdcəsidir”.

Mia.az xəbər verir ki, bu sözləri deputat Vahid Əhmədov parlamentin iclasında dyeib.

O qeyd edib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra bərpa-quruculuq işlərinə böyük vəsaitlər lazım olacaq: "Ona görə də qarşıdakı illərdə islahatları dərinləşdirmək, əlavə gəlir mənbələri müəyyənləşdirmək, həmçinin büdcə vəsaitlərindən səmərəli istifadəyə diqqət etmək lazımdır".

V.Əhmədov daha sonra bildirib ki, orta aylıq əmək haqqı 980 manat, orta aylıq pensiyalar 480 manat olsa da, əhalinin əmək haqqı və pensiyaları bu məbləğlərdən aşağıdır.

Deputat daha sonra höpkumətdən xahiş edib: “Müharibə veteranlarına verilən 80 manat müavinətin məbləğinə baxılmasını da xahiş edirəm”.

MİA.AZ