Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Cənubi Koreya və ABŞ Şimaldan - Çindən və Şimali Koreyadan gözlənilən təhdidlərə qarşı birgə hərbi dəniz təlimləri keçirir.

Cənubi Koreyanın "Yonhap" Agentliyinin məlumatına görə,  təlim 4 gün davam edəcək: "Təlimə hər iki ölkənin müxtəlif savaş gəmiləri ilə yanaşı,  Cənubi Koreyanın sualtı qayıqlara qarşı P-3 tipli döyüş təyyarəsi, F-15K və FA-50 döyüş təyyarələri ilə ABŞ-ın A-10 tipli hücum təyyarələri də təlimə cəlb olunublar. Təlimdə düşmən sualtı qayıqlarının axtarışı və məhv edilməsi və digər şərti hədəflər üzərində sınaqlar keçirilir".

Lamiyə Əhmədli

MİA.AZ