"Arsenal" "Qalatasaray"ın fransız oyunçusunu transfer etmək üçün indidən hərəkətə keçib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Fənərbağça"nın futbolçusu Ferdi Kadıoğlunu yaxından izləyən ingilis klubunun menecerləri Saşa Boeyin transferi üçün onun mencerləri ilə təmas yaradıblar.
Məlumata görə, transfer pəncərəsi açıaln kimi "Arsenal" "Qalatasaray"ın qapısını rəsmən döyəcək.
Saşa Boeyni isə İngiltərəyə getmək arzusunda olduğunu gizlətməyib: "Mənim arzum Premyer Liqada oynamaqdır, bunu heç vaxt gizlətməmişəm. Yaxından izlədiyim bir liqadır və oyun üslubumun da oraya uyğun olduğunu düşünürəm. Bəzi Premyer Liqa komandalarından mənim üçün "Qalatasaray"a təkliflər olub. "Arsenal" da bu sırada var...".
Futbolçu deyib ki, onunla "Marsel" də maraqlanır: "Ancaq bir parisli kimi, təbii ki, PSJ-ni dəstəkləyirəm".
Xatırlaadq ki, Boey bu mövsüm "Qalatasaray"ın heyətində 22 oyun keçirib. 23 yaşlı futbolçu bu matçlarda 1 məhsuldar ötürmə verib.
Fərid
MİA.AZ