İlkay Gündoğan Almaniya-Türkiyə matçını səbirsizliklə gözləyir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Almaniya Milli Komandası və La Liqa komandalarından "Barselona"da çıxış edən ulduz futbolçu İlkay Gündoğan açıqlama verib.

İlkay Gündoğan 21 noyabrda Berlində keçiriləcək xüsusi matçda ilk dəfə Türkiyəyə qarşı oynayacağını deyib.

"Bu, mənim üçün xüsusi matç olacaq. Ola bilsin ki, Türkiyə ilə ilk dəfə oynamaq bir az qəribə olacaq. Axı bura mənim doğma vətənimdir, ailəmin olduğu yerdir. Təbii ki, Türkiyə ilə böyük bağım var. İldə heç olmasa bir dəfə getməyə çalışıram. Tətillərimi Türkiyədə keçirməyi sevirəm. Orada çoxlu dostlarım var. Təəssüf ki, Cenk Tosun hazırda zədəlidir, çox tez-tez görüşdüyüm dostumdur. Orada heyətdə Çağlar Söyüncü, Hakan Çalhanoğlu kimi tanıdığım bəzi oyunçular var".

Almaniya millisinin türk əsilli kapitanı deyib ki, Türkiyə ilə qarşılaşmada 90 dəqiqə meydanda olacaq: "Oyunu səbiresizlilə gözləyirəm"

Fərid

MİA.AZ