İraqın şimalında daha 10 terrorçu zərərsizləşdirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama verib.

Məlumata görə, İraqın şimalındakı Qəndil və Hakurk bölgələrində aşkarlanan 10 PKK terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən məhv edilib: ""Terrorçu haradadırsa, hədəfimiz də ordadır!" şüarı ilə terror yuvalarının məhvinə davam edəcəyik".

Yeri gəlmişkən, bu gün Türkiyə kəşfiyyatı İraqın Süleymaniyyə şəhərində PKK-nın Kərkük vilayəti üzər rəhbəri olan "Çiya Amed" kod adlı Remzi Avcını PUA zərbəsi ilə zərərsizləşdirib.

Firudin Səfərli

MİA.AZ