Mövsümün sonunda Karlo Ançelotti ilə yollarını ayırmağa hazırlaşan "Real Madrid" "Bayer"in baş məşqçisi Xabi Alonsoya göz dikib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu nəzərə alan "Bayer Leverkuzen" klubunun rəhbərliyi baş məşqçisi Xabi Alonso ilə müqaviləni tələsik yeniləyib.

Məlumata görə, klub məşqçi ilə müqaviləni 2026-cı ilə qədər uzadıb: "Müqaviləyə isə mnaarqlı bir bənd əlavə olunub: əgər 15-18 milyon avro təklif edən klub olarsa, alonso istədiyi an komandanı tərk edə bilər!"

Xatırladaq ki, Avroliqada "Qarabağ"ın rəqibi olan "Bayer" Bundesliqada liderlik kürsüsündədədir. Komandanın ən yaxın izləyicisi olan "Bavariya" ondan 3 xal geridə qərarlaşıb. 

Fərid

MİA.AZ