Türkiyədə qanunsuz yaşayan və ya bu ölkəyə tranzit kimi istifadə etmək üçün qaçaq yollarla gələnərə qarşı mübarizə davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün Bodrum sahillərində rezin qayıqla 12 qeyri-qanuni mühacir və onlara bələdçilik edən bir nəfər tutulub.
Məlumata görə, onlar Yunanıstana və oradan Avropa ölkələrinə keçməyə can atırlarmış..
Firudin Səfərli
MİA.AZ