"Xəstələri Qəzzanın hər hansı bir hissəsinə təhlükəsiz şəkildə çatdırmaq üçün heç bir yol yoxdur".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) rəsmisi Andrea de Domeniko video konfrans vasitəsilə keçirilən mətbuat konfransında deyib.

BMT rəsmisi son günlər xəstəxanalar və ətraflardakı hərbi əməliyyatlara toxunaraq qeyd edib ki, orada olan xəstələrin gələcəyi müəmmalıdır: "Xəstələri və xəstəxana personalını qorumaq üçün tədbir alınmalıdır. Ancaq təəssüflər deməliyəm ki, xəstələri Qəzzanın hər hansı bir istiqamətinə təhlükəsiz şəkildə daşımaq mümkün deyil. Hər yerdə atəş var...".

Xəstəxanadan su almaq üçün çıxan insanların snayperlər tərəfindən vurulduğuna dair məlumat aldıqlarını qeyd edən Domeniko qeyd edib ki, onlara atəş açanlaırn kim olduğunu da təsdiqləmək mümkün olmayıb: "Qəzzaya təcili atəşkəs lazımdır. Əks halda, hər hansı bir humanitar yardım göstərmək mümkün olmayacaq".

Zülfiyyə

MİA.AZ