İsrail təyyarələri Livana hava zərbəsi endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNA məlumat yayıb.

Bildirilib ki, aviazərbə Livanın cənubundakı sərhəd bölgələrinə endirilib: "Raketlərdən biri Aynasa qəsəbəsindəki evə endrilib. Nəticədə iki mülki vətəndaş həlak olub, yaralılar var".

Qeyd olunub ki, Livanda İsrail ordusu ilə Hizbullah arasında oktyabrın 8-dən bəri davam edən qarşıdurmalarda həlak olan mülki vətəndaşların sayı 16-ya yüksəlib.

Tahir Şəlvəli

MİA.AZ