Suriyanın Deyr əz-Zor və Həsəkə əyalətlərində ABŞ qüvvələrinin daha üç hərbi bazasına hücum edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, səhər saatlarında İrana bağlı qruplar tərəfindən ABŞ ordusunun Deyr əz-Zorun Koniko Qaz Sahəsində, Ömər Neft Sahəsində və Həsəkənin Şəddadi rayonundakı bazalarına raket zərbələri endirilib, eyni zamanda, PUA-larla hücum olunub.

Məlumatda ölən və yaralananlar haqda xəbər verilməyib.

Lamiyə Əhmədli

MİA.AZ