Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini məhkəməyə verib.
Mia.az xəbər evrir ki, bu barədə "Aztelekom” məlumat yayıb.
Bildirilib ki, Dövlət Xidmətinin “Aztelekom”a qarşı 24.06.2023-cü il tarixli qərarı və göstərişi məhkəmə qaydasında mübahisələndirilib: "Hazırda iş üzrə məhkəmə araşdırması davam edir".
Xatırladaq ki, iyunun 14-də Dövlət Xidməti “Aztelekom”, eləcə də nazirliyə məxsus “Bakı Telefon Rabitəsi” ("Baktelecom") MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə dair qərar qəbul edib. Qərara əsasən, qaldırılmış işə Cəmiyyətlər tərəfindən bir sıra infrastruktur xidmətləri üzrə “qiymət manipulyasiyasına yol verilmənin olub-olmaması” hissəsində xitam verilib. Həmçinin həmin qərar ilə Cəmiyyətlərin göstərdiyi data (port) xidmətinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə Cəmiyyətlərə göstəriş verib və onların hər birinə 16 500 manat maliyyə sanksiyası tətbiq edilib.