Çempionlar Liqasında "Qalatasaray"la eyni qrupda mübarizə aparan "Bavariya" türkiyədən qapçı almaq istəyir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Bavariya"nın menceri "Trabzonspor"un 17 yaşlı qapıçısı Onuralp Çevikkanın oyunlaırnı izləyir.

Məlumata görə, Türkiyəninn U-19 yığma komandasında çıxış edən qapçı "Trabzonspor"un yaxıngələcək üçün əsas qapçısı qismində görülür.

Türkiyə mətbuatı yazır ki, "Bavariya" ilə yanaşı, "Hoffenheim" komandası da 17 yaşındakı Onuralp Çevikkanı heyətinə qatmağa çalışır.

Onu da qeyd edək ki, “Trabzonspor”un 700 min avroya “Altınordu”dan heyətinə qatdığı Onuralp Çevikkanın hələ əsas Komandada oynamaq şansı olmayıb. 

Fərid

MİA.AZ