UEFA Avropa Konfrans Liqası H qrupunun 4-cü matçında "Fənərbaxça" səfərdə Bolqarıstanın "Ludoqorets Razqrad" klubuna məğlub olub.
Mia.az xəbər verir ki, "Fənərbağça" səfərdə "Ludoqorets Razqrad"a 2:0 hesabı ilə uduzub.
H qrupunda 4-cü matçında məğlub olan "sarı-qırmızılar" 9 xalla liderliyini davam etdirib.
“Ludoqorets Razqrad” qələbəsi ilə xallarını 6-ya çatdırıb.
Türkiyənin UEFA Avropa Konfransı Liqasının D qrupunda çıxış edən digər komandası "Beşiktaş"ın isə növbəti mərhələyə yüksəlmək şansı qalmayıb.
Belə ki, İstanbul klubu doğma meydanda Norveçin "Bodo/Glimt" komandasına 2:1 hesabı ilə uduzub.
Qrupdakı digər qarşılaşmada Belçika təmsilçisi "Brügge" İsveçrənin "Luqano" komandasına 2:0 hesabı ilə qalib gəlib.
Bu nəticələrlə "Brügge" 10 xal toplayıb və qrupdan çıxmağa zəmanət alıb. "Bodo/Glimt" xallarını 7-yə yüksəldib, "Beşiktaş" 1, "Luqano" isə 4 xalda qalıb.
“Beşiktaş” son 2 həftədə oynayacağı matçlarda qalib gəlsə belə, Norveç komandası na hər iki qarşılaşmada uduzduğu üçün növbəti mərhələ şansı bitib.
Fərid Aslan
MİA.AZ