"Qəzzada atəşkəs tələbinin doğru olduğunu düşünmürəm".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu sözləri Almaniya kansleri Olaf Şolz 57 Ərəb və İslam ölkələrinin Ər-Riyadda keçirilən təcili sammitinin qətnaməsi barədə "Heilbronner Stimme" qəzetinin təşkil etdiyi tədbirdə çıxış edərkən deyib.

Kansler bildirib ki, Qəzzada atəşkəs HƏMAS-ın toparlanmasına səbəb ola bilər: "Düşünmürəm ki, dərhal atəşkəs və ya uzun müddətə fasilə tələb etmək düzgün deyil. Çünki bu, İsrailin HƏMAS-ın dirçəlməsinə, yeni raket istehsalı və hücumuna icazə zəmin yaratmasına stimul verə bilər".

Bölgədə daimi sülhün "İki dövlətli həll" planı olduğunu qeyd edən Almaniya kansleri bunu mümkün edən mühiti vacib sayb: “Əgər daimi sülh mühiti istəyirsənsə, İsrail üçün təhlükə yaratmayan Fələstin dövlətinin mümkünlüyünü də istəməlisən”.

Lamiyə Əhmədli

MİA.AZ