Çində məktəb direktoru edam edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Çinin Qansu əyalətində keçmiş məktəb direktoruna "məktəbliləri zorlama və cinsi təcavüz” ittihamı ilə verilən ölüm hökmü icra olunub.

Məlumata görə, Cingning rayonunda yerli məktəbdə direktor işləyən Canq Longci adlı direktor 8-12 yaş arası 5 qıza təcavüz və 8-14 yaş arası 17 qıza cinsi təcavüz etməkdə günahkar bilinib: "Hökm noyabrın 7-də onun edam hökmündən verdiyi apellyasiya şikayəti rədd edildikdən sonra icra edilib".

Məlumatda o da qeyd olunub ki, cinayətdən zərər çəkən şagirdlərə yerli təhsil rəhbərliyi tərəfindən psixoloji yardım və dəstək göstərilib, hadisə baş verən ibtidai məktəb bağlanaraq başqa məktəbə birləşdirilib.

Firudin Səfərli

MİA.AZ