Cəmil Həsənlinin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə və mübahisələrə səbəb olub. Məsələ ətrafında yaranmış ajiotajdan sonra Cəmil Həsənli ilə əlaqə yaradılıb və o, fikirlərinin təhrif olduğunu bildirərək dediklərinin jurnalist tərəfindən yanlış anlaşıldığını qeyd edib.
"Qafqazinfo” xəbər verir ki, Aktual.az saytı C. Həsənlinin səs yazısını yayıb. Jurnalistin V. Səmədoğlunun vətəndaş mövqeyi gösəreməməsi ilə bağlı səslənən fikirlərə C. Həsənlinin həmin qalmaqallı cavabı belə olub: "Mənə belə gəlir ki, sənət adamından bunu ummaq lazım deyil ki, o belə desin”.
Əlavə şərh vermədən açıqlamanın izahını oxucuların ixtiyarına buraxırıq.