İsrail Şifa Xəstəxanası şəhərciyindəki reanimasiya şöbəsini, əməliyyat otağı binasını və doğum otağını bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yerli hökumətin mətbuat xidməti yazılı açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, İsrail ordusu gün ərzində Şifa xəstəxanasına raket və təyyarələrlə hava zərbələri endirib: "Nəticədə reanimasiya bölməsi, doğum və əməliyyat otaqlarında yanğın olub. Orda reanimasiyada olan 5 xəstə və 2 vaxtından əvvəl doğulmuş körpə həyatını itirib".

Zülfiyyə

MİA.AZ