"Türkiyəsiz bu coğrafiyada nəsə etmək, plan qurmaq mümkün deyil. Bölgədəki böhranların və problemlərin həllində əsas kilid ölkə ölkə Türkiyədir. Türkiyə hər kəslə görüşə bilən yeganə ölkədir. Coğrafiyamızdakı ölkələri birləşdirib, münaqişə edən və döyüşən tərəfləri bir masa arxasına yığırıq”.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan İsrailin Qəzzatya hücumlarını kəskin şəkildə tənqid edərək, qeyd edib ki, Qərb orada uşaqların, qadınların, bir sözlə, mülki əhalinin ölümünü sakitcə seyr edir: "Bütün vəhşiliklərin qarşısında vicdan sahibi olanların susması mümkün deyil".
Qan tökülməsinin qarşısını almaq üçün Türkiyənin üzərinə düşəni etməyə hazır olduğunu deyən Ərdoğanın sözlərinə görə, bölgədə daimi sülhün həll yolu yalnız 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olmaqla Fələstinin müstəqil dövlət kimi elanından keçir: "Bununla belə Türkiyə olaraq zəmanətçi ölkə kimi məsuliyyəti öz üzərimizə götürməyə hazırıq. Bunu hər yerdə, hər zaman təkraladıq və təkrarlamağa davam edəcəyik".
Samir Musayev
MİA.AZ