“ABŞ-ın Ukraynaya yardımı azala bilər”.
Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel Avropa Sosialistlər Partiyasının qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, bu səbəbdən Aİ ölkələri ölkələri gələcəkdə də Kiyevi dəstəkləməyə davam etməlidir: “Hazırda Avropa bir çox problem və çağırışlarla üzləşir, onların arasında Ukraynaya dəstək birinci yerdədir. Biz ABŞ-ın Ukraynaya dəstəyinin azalması ssenarisinə hazır olmalıyıq”(Report).