İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 4 nəqliyyat vasitəsi özəlləşdirilib.
Mia.az xəbər verir ki, hərraca çıxarılan “Daewoo Damas” markalı avtomobilin start qiyməti 2 000 manat olsa da, son təklif 4 000 manata yüksəlib. Bununla yanaşı, start qiyməti 2 000 manat olan “QAZ 31105” markalı nəqliyyat vasitəsi 3 150 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/36SjYG linki vasitəsilə tanış olmaq olar.
Növbəti hərraclar noyabrın 14-də, 17-də, 21-də və 28-də keçiriləcək. Hərraclara 116 nəqliyyat vasitəsi çıxarılacaq.