Keçən həftə İYİ Partiyasından istefa verən Əskişəhərdən deputatı Nəbi Hatipoğlu AK Partiya sıralarına üzv olub.
Mia.az Türtkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün Prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə partiyanın qərargahında Mərkəzi Qərar İdarə Heyətinin (MKYK) iclası keçirilib.
Prezident Ərdoğan toplantıdan əvvəl partiyasına qatılan İdris Nəbi Hatipoğluna döş nişanı taxıb, onu siyasi seçiminə görə təbrik edib.
Samir Musayev
MİA.AZ