Türk xalq mahnılarının tanınan ifaçılarından olan Mustafa Küçük ilə ailəsi ilə ədavəti olduğu qonşusu arasında dava düşüb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulun Çekmeköy rayonunda yaşadıqları binanın qarajında Mustafa Küçük və ailəsi ilə 4 milyon TL borc üstündə mübahisə böyüyüb.

Məlumata görə, müğənniyə 4 milyon lirə borc verən qonşu qadın Çiğdem Yücesoy ailəvi maşınla harasa gedən müğənnniyə yaxınlaşaraq borcunu tələb edib: "Bu zaman onlar arasında mübahisə böyüyüb. Onları binanın mühafizəçiləri ayırıb. Müğənni maşına minib gedərkən isə qonşu qadın maşına təpik atıb. Bu üzdən qəzəblənən müğənninin nəvəsi maşından enərək qadına hücum edib. Lakin mühafizəçilər onu saxlayıb. Ancaq maşından düşən müğənni, arvadı və nəvələrinin hücumlaırnın qarşısını almaq mümkün olmayıb. Onlar qonşu qadına zərbələr endirib, ona xəsarətlər yetiriblər".

Məlumata görə, hadisədən sonra hər iki tərəf şikayət ediblər. hazırda polis faktı araşdırır.

Çiğdem Yücesoyun vəkili isə açıqlama yayaraq, 4 milyon lirəlik borc söhbətini təsdiqləyib: "Hadisəyə prokurorluq qiymət verəcək".

Ləman

MİA.AZ