Belarusun xarici işlər naziri Türkiyəyə gəlir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynikin 7-8 noyabr tarixlərində Ankarada nazir Hakan Fidanla ikitərəfli münasibətlər və regional məsələlər ətrafında müzakirə aparacaq: "Eyni zamanda, səfər çərçivəsində Belarus XİN başçısı Sergey Aleynikin Türkiyə-Belarus İqtisadi Komissiyasının 11-ci Toplantısında iştira edəcək".
Samir Musayev
Mia.az