Çoxsaylı film və seriallarda rol alan 78 yaşlı usta aktrisa Zerrin Sümer "360 dərəcə" proqramında maraqlı etiraflar edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ilk evliliyi xəyanətlə bitən 78 yaşlı aktrisa verilişdə 8 ay əvvəl 22 illik sevgilisi ilə gizli şəkildə evləndiyini açıqlayıb.

Şəxsi həyatından danışan ustad aktrisanın sözlərinə görə, 7-8 ay əvvəl ailə qurub: "İllər əvvəl İstanbulda yaşayarkən bir gecə çox xəstələndim. Telefona belə gedə bilmədim. O vaxt telefonlar da çox deyildi. Öz-özümə dedim ki, belə olmaz, tək hara qədər gedə bilərəm ki? Oğluma dedim ki, ola bilər həyatımı kiminləsə birləşdirim. O da qayıtdı ki, "Yaxşı, ana, amma rəsmi evlənmə. Kimdən xoşuna gəlirsə, onunla birgə ol". Sonra həqiqətən də həyatıma kimisə cəlb etmək istədim. Çünki o gecənin təsirindən çıxa bilmirdim. Qorxurdum. Və nəhayət, o hadisədən 1-2 il sonra indiki həyat yoldaşımla tanış oldum. İllər sonra ilk dəfə idi birindən xoşum gəldi. Mənə qayğı göstərməsi xoşuma gəldi. Ondan xoşum gəldiyini açıq dedim və o, çox təəccübləndi. 7-8 ay əvvəl evlilik təklifini etdi, dedi neçə ildir eyni evdə yaşayırıq, evlənək".

78 yaşlı aktrisa ilk evliliyinin ərinin xəyanətinə görə dağıldığını deyib: "Mənə ağır gələn o idi ki, o, oğlu ilə də maraqlanmırdı..."

Ləman

Mia.az