İsrailin şiddətli bombardmanlarında ölənlərin sayı o qədər sürətlə artır ki, artıq Qəzzada kütləvi dəfnlər həyata keçirilir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qəbiristanlıqlarda boş yer qalmadığından bəzi bölgələrdə ölülər məhəllərlərdə - yaşayış binalarının həyətlərində qazılan kütləvi məzarlıqlarda dəfn edilir.
Məlumata görə, "TRT Ərəb"in müxbiri Sami Bərhum da yaxınlarını məhəllədəki kütləvi məzarlıqda dəfn edib. O, bölgədə dəfnlərlə bağlı da ciddi problemlərin olduğunu deyib: "Nə şəhərdəki qəbiristanlıqlarda yer var, nə də dəfn üçün kəfən və sair. Dəhşətli vəziyyət yaranıb...".
Tahir Şəlvəli
MİA.AZ