Livandan İsrailin şimalına raket zərbələri endirilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusuna aid radio məlumat yayıb.
Bildirilib ki, Hizbullah qüvvələri Livan ərazisindən İsrailin şimalına raket və tank əleyhinə raketlər atıb: "Nəticədə tank əleyhinə raket bir avtomobilə dəyib və maşında olan mülki şəxs həlak olub. Düşmənə adekvat cavab verilib".
Zülfiyyə
MİA.AZ