Türk ordusu Suriyada daha bir şəhid verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Suriyadakı “Zeytun budağı” əməliyyatı bölgəsində yerləşən bazada əsgərlərdən birii silahla ehtiyatsız davranması nəticəsində ağır yaralanıb:

"Yaralanan piyada əsgər Onur Özbek dərhal xəstəxanaya göndərilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb və o, şəhid olub".

Samir Musayev

MİA.AZ