İsrail ordusu Livanda içərisində 3 uşağın olduğu mülki avtomobili hədəfə alıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi olan NNA məlumat yayıb.
Məlumata görə, Livanın cənubundakı Aynata qəsəbəsi ətrafında yolda hərəkət edən avtomobil İsrail ordusu tərəfindən vurulub: "Nəticədə avtomobil alovlanıb və içində olan bir ailə - 3-ü uşaq olmaqla 5 nəfər həyatları ilə vidalşıblar".
Tahir
MİA.AZ