İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərin evlərinə basqın etməklə həbsləri davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Fələstinin rəsmi WAFA xəbər agentliyi yayıb.

Məlumata görə, Hebronun cənubundakı Əl-Favvar Qaçqınlar Düşərgəsinə edilən basqın zamanı ən azı 10 fələstinli saxlanılıb: "Bununla belə, fələstinlilərin evlərinə tez-tez əsassız olaraq atəş açan İsrail qüvvələri qaçqın düşərgəsindəki məscidə daxil olaraq, onun minarəsinə İsrail bayrağını asıblar".

Agentlik yazıb ki, Nablusun şərqindəki Balata Qaçqınlar Düşərgəsinə basqın zamanı isə İsrail qüvvələri ilə fələstinlilər arasında qarşıdurma yaranıb. 

Qarşıdurmada xeyli fələsətinin saxlanıldığı deyilsə də, onlaırn sayının dəqiqləşdirmək yin mümkün olmadığı bildirilib.

Xəbərdə o deyilir ki, Ceninin cənubundakı Cebeğ qəsəbəsində də İsrail qüvvələri ilə mülki əhali arasında qarşıdurma baş verib: "Burada isə azı 10 nəfər həsb olunub".

Məlumata görə, oktyabrın 7-dən bu yana həbs olunanların sayı 2000-i aşıb.

Tahir Şəlvəli

MİA.AZ