Türkiyə Xarici İşlər Nazirliyindən Pakistana başsağlığı məktubu göndərib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında məlumat paylaşılıb.

Məlumatda deyilir: "3 noyabr 2023-cü ildə Pakistanın cənub-şərqindəki Bəlucistan əyalətinin Qvadar şəhərində törədilən terror aktı nəticəsində 14 əsgərin şəhid olduğunu dərin hüznlə öyrəndik. Biz bu dəhşətli terror aktını qınayırıq. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə başsağlığı veririk. Terrorizmə qarşı birgə mübarizəmizdə dost və qardaş Pakistan hökuməti və xalqı ilə həmrəy olduğumuzu bir daha vurğulayırıq”.

Lamiyə

MİA.AZ