Klub həkimi Yener İncə "Qalatasaray"ın "Kasımpaşa" ilə matçında zədələnən qapçısı Fernando Muslera ilə bağlı açıqlama verib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Musleranın dirsəyində çıxıq olduğunu deyib: "Meydanda dirçəyini yerinə oturtduq. Bəzən yerinə oturtmaqla zədə qısa müddətə sağalır, bəzən kiçik bir qırıq olsa, zədə uzanar. Bu gün MRT-dən sonra hər şey dəqiqləşəcək".

Klub həkimi Musleranın noyabrın 8-də Almaniyada keçiriləcək "Bavariya" matçında meydana çıxıb-çıxmayacağı barədə indidən bir nsöz deyə bilməyəcəyini bildirib.

Fərid ASLAN

MİA.AZ