"Qalatasaray" Trendyol Super Liqasının 11-ci həftəsində qonaq olduğu "Kasımpaşa"nı məğlub edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" və "Kasımpaşa" RAMS Parkda qarşılaşıb.
Qarşılaşmanı baş hakim Arda Kardeşlər idarə edib.
İlk hissəni 1-0 öndə tamamlayan "Qalatasaray" matçın ikinci yarısında vurduğu qolla qalib gəlib.
Sarı-qırmızılılara qələbə qazandıran qolları 33 və 51-ci dəqiqələrdə Zaha vurub.
Beləliklə, 30 yaşlı futbolçu bu mövsüm liqada vurduğu qolların sayını 3-ə çatdırıb. UEFA Çempionlar Liqasında da 1 qol vuran Fil Dişi Sahilli futbolçunun bu mövsüm cəmi 4 qolu var.
Kasımpaşanın yeganə qolunu 54-cü dəqiqədə Omeruo vurub.
Liqada tarixinin ən yaxşı mövsüm başlanğıcını edən "Qalatasaray" məğlubiyyətsizlik seriyasını davam etdirərək xalını 31-ə yüksəldib.
Liqada iki matçdan sonra məğlub olan Kasımpaşa bu mövsüm üçüncü məğlubiyyətini aldı. Kemal Özdeşin tələbələri həftəni 18 xalla başa vurub.
Fərid
MİA.AZ